Kiyevdə xaç suyuna salma mərasimi – REPORTAJ

Kiyevdə xaç suyuna salma mərasimi – REPORTAJ

Kiyev, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da bütün Ukraynada Vəftiz bayramını (xaç suyuna salma – xristianlığa qəbul olunma mərasimi) qeyd edirlər.

Yanvarın 19-na keçən gecə saatlarından başlayaraq minlərlə inanclı insan bu mərasim üçün xüsusi hazırlanmış suya baş vurur. İndi bu bayramın ənənələrindən biri Xaç çuxuruna yürüş və orada üzməkdir. Bu bayram əslində 1990-cı illərin ikinci yarısında daha çox kütləviləşməyə başlayıb. Yəni Ukraynada bu adət qədim mənşəli deyil, ən yenisidir. Kilsə bunu qadağan etmir, ancaq öz sağlamlığınıza diqqətli olmağa çağırır. Bu mərasimində dövlət tərəfindən həkim nəzarəti həyata keçirilir, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları yarana biləcək təhlükənin qarşısını almaq üçün şəxsi və texniki heyətlə proseslərə cəlb olunur. Həmçinin, soyuqdan isinmə məntəqələri də fəaliyyət göstərir.

AZƏRTAC dəyərli oxucularına Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən xaç suyuna salınma mərasimindən foto və videoreportajı təqdim edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: azertag.az