Ölmək üçün dünyada ən yaxşı ölkələr – SİYAHI

ABŞ mütəxəssislərinin apardığı araşdırmalar nəticəsində dünyada ölmək üçün ən yaxşı ölkələrin siyahısı hazırlanıb.
Yeniavaz.com “İndependent”ə istinadla xəbər verir ki, həmin siyahı xəstələrin son günlərində səhiyyə sisteminin onlara hansı səviyyədə fiziki və mənəvi xidmət göstərməsi əsasında tərtib edilib.
Həmin siyahıda 81 ölkənin adı yer alıb. Siyahıda Böyük Britaniya 1-ci yerdə, İrlandiya 2-ci yerdə, Tayvan 3-cü yerdə, Avstraliya və Cənubi Koreya 4-cü yerdə , Kosta-Rika isə 5-ci yerdədir.
Siyahının son beşliyində isə Haiti, Seneqal, Braziliya, Livan və Paraqvay kimi ölkələr yer alıb.
Bundan əlavə, Gürcüstan 54-cü, Rusiya 57-ci yerdə, Ukrayna isə 69-cu yerdədir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə həmin siyahıya daxil edilməyib.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Gənc oğlan mübahisə zamanı bıçaqlanıb

SONRAKI XƏBƏR

Merkel BMT Baş katibinin iş təklifindən imtina etdi