İcbari tibbi sığorta ilə bağlı müraciətlərin sayı artıb

İcbari tibbi sığorta ilə bağlı müraciətlərin sayı artıb

Pandemiya olmasına baxmayaraq, icbari tibbi sığorta ilə bağlı xəstəxanalara müaricətlərin sayı artıb.

Trend xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra 250 min müraciət olub.

"Bunların içərisində ən vacib məqamlardan biri odur ki, 6 min cərrahi prosedur həyata keçirilib, o cümlədən 15 mindən çox vətəndaş təcili yardım xidmətinə müraciət edib", - deyə o bildirib.

Mənbə: az.trend.az