ÜST: "Dünya ölkələri üzrə peyvənd olunanların sayı azdır"

Koronavirusa qarşı peyvənd olunanların payı 86 ölkədə 40 faizdən, 34 ölkədə isə 10 faizdən azdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus mətbuat konfransında bildirib.

Təşkilat rəhbəri 2022-ci ilin ortalarınadək bütün ölkələrdə 70 faizlik peyvəndləmə hədəfinin hələ də uzaq ehtimal olduğunu diqqətə çatdırıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Fikrət Qocanın qızı: “Ruhəngiz Qasımova atamın qadın cildində kişi dostu idi” - MÜSAHİBƏ + FOTO

SONRAKI XƏBƏR

Polis rəisi: "Şuşa şəhəri minalardan tam təmizlənib"