Bu gün Şuşaya səfər edənlər arasında şəhərin 6 sakini var

Bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin sərnişinləri arasında Azərbaycanın mədəniyyət paytaxtının 6 sakini var.

“Report”un məlumatına görə, onlar da daxil olmaqla sərnişinləri şəhərdə Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb.

O, bu səfərləri vaxtında və yüksək səviyyədə təşkil etdiyi üçün dövlət başçısına təşəkkür edib, daha sonra səfər iştirakçılarına tövsiyə edib ki, müəyyən edilmiş marşrutdan kənara çıxmasınlar: "Əgər sizə doğma olan yerlərə getmək istəyirsinizsə, çəkinmədən bizim əməkdaşlara yaxud polisə yaxınlaşıb istəyinizi bildirə bilərsiniz".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan-Azərbaycan sərhədində türklərlə ruslar üz-üzə...

SONRAKI XƏBƏR

Meksikada təyyarə qəzaya uğradı: 2 nəfər öldü