Yeni tikilən evlərə niyə qaz verilmir? - "Azəriqaz"dan açıqlama - VİDEO

Yeni tikilən evlərə niyə qaz verilmir? - "Azəriqaz"dan açıqlama - VİDEO

Əhali artır, yeni yaşayış massivləri salınır. Yeni salınan məhəllələrin qazlaşması isə bəzən illərlə uzanır. Nəticədə sakinlər uzun müddət istilik sarıdan əziyyət çəkirlər. Göygöl şəhərinin Əhməd Cavad küçəsində də anoloji vəziyyət hökm sürür. "Azəriqaz"dan isə işlərin plan üzrə aparıldığı bildirilir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni tikilən evlərinə qaz çəkilmədiyindən gah odun almalı, gah da həyətlərindəki meyvə ağaclarını yandırmalı olduqlarını deyirlər. Göygöl şəhərinin genişlənən ərazilərində yeni tikilən evlərin sakinləri illərdir ki, hər qış mavi yanacaqla imtahana çəkilirlər.

Sakinləri narahat edən odur ki, ətrafdakı bütün küçələrə qaz verilib, onların evləri isə daşıyıcı qaz xəttinin bir addımlığındadır. Ancaq..

"Azəriqaz"ın Gəncə Regional idarəsindən isə bildirirlər ki, sözügedən ərazinin qazlaşdırılması işləri mövcud plan əsasında aparılacaq.

Qeyd edək ki, bölgələrdə qazlaşma işləri Regionların Sosial-İqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq həyata keçirilir.

Milli.Az

Mənbə: news.milli.az