Ortopedik əməliyyat olunan qazilərimizin sayı açıqlanıb

"Vətən müharibəsində ağır yaralanan qazilərimizə 264 əməliyyat həyata keçirilib".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-ekspert, travmatoloq İlqar Qasımov deyib.

Onun sözlərinə görə, ortoped və travmatoloqlar İkinci Qarabağ müharibəsində ağır yaralanan qaziləri daim nəzarətdə saxlayırlar: "27 ildən sonra bağırsaqlarından güllə yarası almış Birinci Qarabağ müharibəsi veteranını əməliyyat etdik. Çox ciddi və mürəkkəb əməliyyat oldu, çünki xeyli vaxt keçmişdi və yoluxucu ağırlaşmaların inkişafı üçün potensial risk faktorları çox yüksək idi".

Mütəxəssis bildirib ki, hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırlar: "Bu müraciətləri təxminən 4 qrupa bölmək olar. Birinci qrup, yalançı oynaqlar (psevdoartroz - bitişməyən siniq). Güllə yarası (müştərək ətrafın travması) olanda qidalanma pozulur, damarlar zədələnir və termik yanıqlar olur. Qeyd etmək istərdim ki, psevdoartrozla, adi sınıqlardan fərqli olaraq, sümük daha gec bitişir. Hətta elə hallar olur ki, yalançı oynaqlar əmələ gəlir. İkinci hal, sıxılma sindromu (kompartment sindromu) nəticəsində xəstələrdə paralitik vəziyyətlər (periferik sinir sisteminin zədələnməsi), xüsusən də xəstənin biləklərin və dabanların (“paralitik" pəncələr - pəncə reflekslərinin enməsi). Bu xəstələr əlbəttə ki, uzunmüddətli ortopedik yardıma ehtiyacı olan xəstələrdir. Üçüncü qrupa aiddir uzun borulu sümüklərinin, xüsusən də aşağı ətrafların defektləri. Müsahibələrimin birində qeyd etmişdim ki, Vətən müharibəsi qazisinin 24 santimetrlik sümük defekti aradan qaldırılıb. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri səthi bərpa olunub.

Ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub. Bu, kifayət qədər uzun prosesdir, çünki gün ərzində sümükdə cəmi 1 millimetrə qədər bərpa prosesi gedir. Xəstələrin sonuncu qrupu güllə yaralarından sonra oynaqdaxili sınıqları olan xəstələrdir. Bunlar əsasən iri oynaqların (bud-çanaq və diz oynaqlarının) sınıqlarıdır. Təbii ki, artikulyar səthin hər hansı zədələnməsi, xüsusən də güllə yarası, oynaqların invalizasiyasına və kontrakturasına səbəb olur (xroniki ağrı sindromu).

Terapevtik müalicənin lazımi hərəkətliliyi təmin etmədiyi və onların işləməsi insanda ağrılara səbəb olan hallarda oynaqların artroplastikası (bud-çanaq oynağı endoprotezləşdirilməsi) aparılır. Qeyd etmək istərdim ki, biz böyük oynaqların artroplastikasında çoxlu təcrübə toplamışıq. Belə ki, YAŞAT Fondunun dəstəyi ilə mükəmməl davamlılığa və etibarlılığa malik ən müasir keramika implantlarından istifadə etməklə 7 artroplastika əməliyyatı həyata keçirdik".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur müğənni "Aşk mantık intikam"da - FOTO

SONRAKI XƏBƏR

İstanbul aeroportunda uçuşlar bu gün saat 00:00-dək dayandırılıb