Mərdəkanda yolun kənarı özününküləşdirilib - Polisdən XƏBƏRDARLIQ - VİDEO

Bakıda yol polisi qanunsuz parklanma yerləri təşkil edən bəzi işbazlara qarşı reyd keçirib. Reyd zamanı belə qanunsuz əmələ yol verən şəxs saxlanaraq polis idarəsinə aparılıb. Yol polisi bundan başqa belə parklanma yerlərində avtomobil saxlayan sürücüləri də cərimə edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yolun kənarını özünüküləşdirib, qanunsuz parklanma yeri təşkil edib.

Kadrlar paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsindəndir. Bu şəxs həmin ərazidə marketin olmasından istifadə edərək ora gələn müştərilər üçün yolun hərəkət hissəsini parklanma yeri edib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıblar. Ona əvvəlcə bu qanunazidd əməli izah edildi, daha sonra ərazi üzrə polis bölməsinə aparıldı.

Qeyd edək ki, polis belə ərazilərdə avtomobilini park edənlərə qarşı da cərimələr tətbiq edib.

Qeyd edək ki, yol polisinin tələbi ilə avtomobilini kənara çəkənlərlə yanaşı etiraz edən sürücülər də oldu.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bu tədbirlər paytaxtın digər rayonlarında da həyata keçirilir və bundan sonra da qanunsuz parklanma yeri təşkil edənlər aşkar edildikcə məsuliyyətə cəlb olunacaqlar.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qadınlara qarşı zorakılıqla bağlı sorğunun nəticələri açıqlanıb

SONRAKI XƏBƏR

İqtisadi fəal əhalinin sayı açıqlanıb