Qarabağ müharibəsi veteranı 27 ildən sonra əməliyyat olundu

Qarabağ müharibəsi veteranı 27 ildən sonra əməliyyat olundu

90-cı illərin Qarabağ müharibəsi veteranı 27 ildən sonra əməliyyat edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti travmatoloq İlqar Qasımov məlumat verib.

O bildirib ki, Vətən müharibəsində ağır yaralanan qazilərimizi daim nəzarətdə saxlayırlar:

“Belə ki, ötən müddət ərzində onlarla 264 əməliyyat həyata keçirilib. Bundan əlavə, 27 ildən sonra bağırsaqlarından güllə yarası almış 90-cı illərin Qarabağ müharibəsi veteranını əməliyyat etdik. Çox ciddi və mürəkkəb əməliyyat oldu, çünki xeyli vaxt keçmişdi və yoluxucu ağırlaşmaların inkişafı üçün potensial risk faktorları çox yüksək idi”.

Mənbə: www.oxu.az