“ İşsiz qalan "parkovşik"lər kimsənin vecinə deyil” - Fazil Mustafa DYP-nin keçirdiyi reydlərdən danışdı

“ İşsiz qalan "parkovşik"lər kimsənin vecinə deyil” - Fazil Mustafa DYP-nin keçirdiyi reydlərdən danışdı

Ölkə ərazisində qanunsuz parklanmaya qarşı həyata keçirilən reydlər zamanı bir neçə nəzarətçi saxlanılıb.

Bu cür qanunsuz yerlərin ifşası ortaya şəhər əhalisinin əsasən sürücülərin hərəkət etməsini rahatlasa da, eyni zamanda başqa bir problemi işsizliyi ortaya gətirir. Çünki bu parklanma ərazilərində çalışan nəzarətçilər gündəlik təqribən 15-20 manat qazanmaqla öz gündəlik təlabatlarını ödəyirdilər.

Məsələyə fikir bildirən millət vəkili Fazil Mustafa düşünür ki, hamını qanuni fəaliyyət göstərməyə dəvət etmək lazımdır. O, bu barədə Ednews-a danışarkən deyib .

“Ancaq bu insanların mütləq şəkildə işlə təmin olunması məsələsini həll etmək lazımdır. Elə tutdun çıxardın, bu işlə məşğul olma, olmur axı belə. O da sabah işsizlikdən gedib narkomaniya ilə məşğul olacaq,qatil olacaq. İnsanı birdən gəlir mənbəyindən məhrum etmək olmaz. Əvvəl gərək onu işlə təmin edəsən, daha sonra işdən çıxarasan. Qanunsuz parklanmanı aradan götürürlərsə bu çiox yaxşıdır, lakin o insanları mütləq işlə təmin etmək lazımdır”.

Millət vəkili qeyd edib ki, işsiz qalan insanlar haqqında xüsusi dövlət proqramları həyata keçirilməlidir. Onun sözlərinə görə, bu insanların həssas dönəmində dəstək vacib amillərdən biridir.

“100, 500 bəlkə də 1000 adam işsiz qalır və kimsənin vecinə deyil. Bəs yoxsullaşan insan Azərbaycan insanı deyilmi? Bu məsələdə sistemli dövlət siyasəti həyata keçirilməlidir, yoxsa bir qurum özünə aid olanı edir, bəs sonra? Bu, çox düşünüdürücü məsələdir. Hesab edirəm ki, müvafiq qurumlar cəmiyyətə açıqlama verməlidirlər. Fərz edək ki, o insanlar saxlanıldı bəs, axı bunların gündəlik qazancları necə olacaq? Yaxşı, bunu qanuniləşdirdiz, bu adamlara nə iş təklif edirsiniz? Bu mütləq həll olunmalıdır”,- deyə, deputat fikirlərini tamamlayıb.

Qeyd edək ki, hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi parklanma ilə bağlı reydlərə başlayıb və qanunsuz fəaliyyət göstərən bir çox “parkovşik” artıq saxlanılıb. Bu tədbirlər son zamanlar avtomobillərin dayanma-durma və parklanması ilə bağlı insanların şikayətləri əsasında görülür.

Gülnar Səlimova

Mənbə: ednews.net