Qar İstanbulu iflic etdi: İmamoğlu çarəsiz qaldı - Video

Qar İstanbulu iflic etdi: İmamoğlu çarəsiz qaldı - Video

Güclü qar İstanbul Hava Limanının işini iflic edib.

Axar.az xəbər verir ki, bütün reyslər təxirə salındığından yüzlərlə sərnişin hava limanında çarəsiz vəziyyətdə qalıb.

Sərnişinlər iki gündür aeroportdadır. Şəhərə getmək də mümkünsüz olub. Cəmi 3 dərəcə şaxta olmasına baxmayaraq, yollar hələ də bağlı qalıb. İstanbul bələdiyyəsi isə yolları aça bilmir. Halbuki bir neçə gün öncədən qarlı hava şəraiti ilə bağlı xəbərdarlıq edilmişdi. Bütün İstanbul qardan sonra demək olar ki, bağlanıb, şəhər əhalisi saatlarla yollarda qalıb. İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu isə mövcud vəziyyətdən şikayət edən insanları zavallı adlandırıb.

Mənbə: axar.az