Bakının mərkəzində xoşagəlməz mənzərə hökm sürür - VİDEO

Bakının mərkəzində xoşagəlməz mənzərə hökm sürür - VİDEO

Bir müddət öncə paytaxtın mərkəzi hissəsində, Ağa Nemətulla küçəsi ilə Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində beşmərtəbəli binanın önündə 4 mərtəbəli obyekt tikilib. Lakin elə tikinti bitən kimi də söküntüyə başlanıb. Düz birinci mərtəbəyə qədər sökülən tikilinin indi də dağıntılarını küçədən təmizləmirlər. Sakinlər deyir ki, bir müddət tikintiyə, sonra söküntüyə dözüblər, amma sökülən daş-divarın təmizlənməməsinə dözə bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrindən birində sökülmüş tikili və bu tikilidə qalanaq ocaqlar, ətrafa yayılan tüstü və əlbəttə ki, şəhərin estetikasını zədələyən mənzərə. Görüntülər Ağa Nemətulla küçəsi ilə Yusif Vəzir Çəmənzəminli küçəsinin kəsişməsində tikilib istifadəyə verilmədən sökülən bir obyektin xarabalıqlarındandır.

Bina sakinləri deyir ki, bu tikilinin hansı təyinatla burada ucaldığından necə xəbərsiz olublarsa, sökülməsinin də səbəbləri onlara elə qaranlıq qalıb. Lakin dağıntıların küçədən təmizlənməməsi indi onların əsas problemidir, çünki bu vəziyyət həm də gediş-gəlişə çətinlik yaradır.

Sakinlər belə bir mənzərənin şəhərin mərkəzində bu qədər uzun müddət qalmasını təəccüblü hal hesab edir. Ötən il tikilən və sökülən binanın dağıntılarının ərazidə unudulduğunu düşünürlər.

Dünən Nərimanov Rayon İcra Hakimiyyətindən bu qeyri-adi hadisəylə bağlı bu gün araşdırma aparılaraq açıqlama veriləcəyi bildirilmişdi. Lakin gün ərzində problemlə bağlı heç bir məlumat ala bilmədik. Yəqin ki, məsələnin ictimailəşməsindən sonra ərazidə bir tədbir görülər.

Mənbə: news.milli.az