Xaçmazda itən 3 yaşlı uşaq tapıldı

Xaçmazda itən 3 yaşlı uşaq tapıldı

Xaçmaz şəhərində itən 3 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.
Xaçmaz Polis Şöbəsinfən Bizim.Media-ya verilən məljmata görə, səhər saatlarında Xaçmaz şəhərindəki "Zəfər" parkında nəzarətsiz vəziyyətdə azyaşlı qızın görünməsi polislərin diqqətini cəlb edib.
Aparılan tədbirlərlə 3 yaşlı qızın valideynləri müəyyən edilib və o atası Rəşad Kərimova təhvil verilib.
Uşağın anası və babası ilə evdən çıxdığı və onların nəzarətindən yayınaraq itdiyi deyilir. Ana mağazaya girib, babasının yanında olan uşaq isə gözdən yayınıb.

Mənbə: bizim.media