Daha bir alim dünyasını dəyişdi

Daha bir alim dünyasını dəyişdi

Dilçi-alim, ingilis dilinin fonetikası fənninin tədrisi sahəsində tanınmış pedaqoq, professor Minirə Qarayeva vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə "qafqazinfo"ya mərhumun oğlu Eldəniz Abbaslı məlumat verib.

O bildirib ki, 85 yaşlı M.Qarayeva yanvarın 23-də ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, M.Qarayeva 1994-cü ildən Azərbaycan Dövlət Universitetində İngilis dilinin fonetikası kafedrasının müdiri vəzifəsində işləyib.

Milli.Az

Mənbə: news.milli.az