Binanın yarısında istilik var, yarısında yox  - VİDEO

Binanın yarısında istilik var, yarısında yox  - VİDEO

Bakının Xətai rayonunda yerləşən binalardan birində bəzi sakinlər istilikdən məhrum olublar.

Redaktor.az xəbər verir ki, Söhbət General Şıxlinski küçəsində yerləşən 19 saylı binadan gedir.

8 girişli binanın bir hissəsinə istiliyin verilməsi dayandırılıb. Sakinlər yaranmış vəziyyətdən şikayətçidirlər.

Onlar iddia edir ki, "Azəristiliktəchizat" quruma borcu olan bəzi şəxslərə görə mənzillərə istiliyin verilməsinə məhdudiyyət tətbiq edib.

Sakinlərin sözlərinə görə, "Azəristiliktəchizat" quruma borcu olan bəzi şəxslərə görə mənzillərə istiliyin verilməsinə məhdudiyyət tətbiq edib. Onların sözlərinə görə həmin binada yaşayıb borcunu ödəməyən vətəndaşlara görə ödənişlərini vaxtı-vaxtında edən sakinlər də əziyyət çəkirlər.

Aidiyyəti qurum borcun yığılması üçün çıxış yolunu binadakı mənzillərdə istiliyin kəsilməsində görür.

Azəristiliktəchizatdan bu xəbəri təsdiq ediblər ki, istiliyin verilməsi mənzillərə borca görə dayandırılıb.

Qurumdan əlavə olaraq bildirilib ki, sakinlər tərəfindən borclar ödənilməsə məhdudiyyət davam edəcək.

Mənbə: redaktor.az