Bağçaların təhvil-təslimi ilə bağlı AÇIQLAMA

Bağçaların təhvil-təslimi ilə bağlı AÇIQLAMA

"Bağçalar hazırda təhvil-təslim prosesindədir. Planlar ondan ibarətdir ki, bağçalarda da yaş qruplarına uyğun müəyyən tədris məsələlərinə yenidən baxılsın".

Day.Az xəbər verir kiu, bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

Onun sözlərinə görə, bağça tərbiyəçilərinin kütləvi şəkildə təlimlərinin təşkil olunması, onların peşəkar inkişafının artırılması, ümumiyyətlə onların qiymətləndirilməsi ilə bağlı məsələlər gündəmdə ola bilər: "Bununla bağlı böyük işlər görülməlidir. Kurrikulum, dərslik, müəllim məsələlərinə çox güman yenidən baxılacaq".

Mənbə: news.day.az