İranda yüzlərlə fəhlə etiraza qalxdı

İranda yüzlərlə fəhlə etiraza qalxdı

Paralel.az xəbər verir ki, Tehranın "Tondquyan" neft emalı zavodunun yüzlərlə işçisi dünən, yanvarın 26-da bütün işləri dayandıraraq etiraz aksiyası keçirib.

İran Azad Həmkarlar İttifaqı məlumat yayıb ki, sözügedən şirkətin işçilərinin işi dayandıraraq etiraza qalxmasınının səbəbi maaşlarının verilməməsi və iş bölgüsünün düzgün icra edilməməsi olub.

Xatırladaq ki, daha öncə, ötən ilin 19 iyun tarixində İranın neft sənayesi işçilərinin kütləvi aksiyaları başlamış və 22 gün davam etmişdi. Bu müddət ərzində təxminən 105 min insan virtual kampaniya yaradaraq podratçıların və vasitəçi şirkətlərin tamamilə aradan qaldırılmasını tələb etmişdilər.
Akif Nəsirli

Mənbə: paralel.az