Məktəb direktorunun səs yazısı yayıldı: “Başına oyun açacam” - VİDEO

Məktəb direktorunun səs yazısı yayıldı: “Başına oyun açacam” - VİDEO

Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

Oxu.Az-ın məlumatına görə, məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.

V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.

Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib.

Həmin səs yazısını təqdim edirik:

 

İlhamə Əbülfət

Mənbə: www.oxu.az