150 min ev internetlə təmin olunacaq - VİDEO

150 min ev internetlə təmin olunacaq - VİDEO

Bu il Azərbaycanda 150 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışını təmin etmək hədəflənib. Ötən il bu rəqəm 40 min olub.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirdi.

Rövşən Rüstəmov bildirdi ki, dövlət başçısı tərəfindən nazirliyin qarşısına cəmiyyətin rəqəmsal transormasiya konsepsiyasının hazırlanması tapşırığı qoyulub. Eyni zamanda nazirlik tərəfindən bununla bağlı bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənildi. Bu istiqamətdə artıq tədbirlərin hazırlanmasına başlanılıb.

Nazir müavinin sözlərinə görə rəqəmsallaşan məlumatlar o cümlədən fərdi məlumatları necə qoruması ilə bağlı nazirliyin elektron təhlükəsizlik xidməti təkliflərini hazırlayıb. Artıq kiber təhlükəsizlik, informasiya və elekron təhlükəsizliyi istiqamətində onların fəaliyyəti qurulmaqdadır.

 

Mənbə: www.realtv.az