Bahar Muradova Qadın Resurs Mərkəzinin fəaliyyəti haqqında danışdı

 

Qadın Resurs Mərkəzində vətəndaşlar mərkəzin fəaliyyəti istiqamətində təkliflərlə müraciət edə bilərlər.

Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, burada yalnız qadınların məşğulluğu deyil, bütün məsələlər müzakirə edilə bilər:

“Bu mərkəzdə cəmləşən insanlar böyük bir şəbəkənin üzvü olur. Onlar həm öz həyatını, həm də digər insanların həyatını dəyişdirə biləcək layihələr həyata keçirə bilərlər. Mərkəzdə hədəfə necə çatmaq üçün təlimlər keçiriləcək. Təlimlərdən sonra siz bilik və bacarıqları daha geniş kütləyə çatdıra biləcəksiniz. Bu o deməkdir ki, işlədiyiniz müəssisələrdə, bir neçə insanların imkanlarını cəmləşdirmək, vətəndaşlara iqtisadi-sosial yardımlar etməyə kömək edə biləcəksiniz”.

Qeyd edək ki, 2011-ci ildən bu günə qədər bənzər 9 mərkəz fəaliyyətə başlayıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Yoluxanların sayı artır, təhlükəli həddə çatır - Omikron son olmayacaq

SONRAKI XƏBƏR

Tanınmış aktrisanın ərinin öldürüldüyü GÖRÜNTÜLƏR - ANBAAN VİDEO