Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev karonavirusdan dünyasını dəyişib.
Bu barədə Bizim.Media-ya açıqlamasında onun kürəkəni bildirib.
Onun sözlərinə görə, koronavirus tutduqdan sonra Aydın Vəliyevin böyrəyində də problemlər yaranmağa başlayıb.
“Səhhətində elə də narahatlıq yox idi. Sadəcə son zamanlar böyrəyində ağrılar hiss edirdi. Koronavirusa yoluxandan sonra isə qəfil dünyasını dəyişdi. Arıq 40 mərasimini də vermişik”- deyə kürəkəni qeyd edib.
Allah rəhmət eləsin!
Leyla, Bizim.Media