USAID: “Qadınların ruhunu Qarabağda həyata keçirilən layihələrdə də görürük”

USAID: “Qadınların ruhunu Qarabağda həyata keçirilən layihələrdə də görürük”

USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə mühüm bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək verməkdən qürur duyur.

Oxu.Az xəbər verir ki bunu USAID-in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) missiya direktoru Caydev Sinqx deyib.

Onun sözlərinə görə, biz bu layihə çərçivəsində nəinki zorakılıqdan əziyyət çəkən qadınlara kömək etmək, onların gələcəkləri üçün yeni imkanlar yaratmağa çalışılır:

“Azərbaycan çox güclü ölkədir. Qadınların potensialı çox böyükdür. Biz qadınların ruhunu hətta Qarabağda həyata keçirilən layihələrdə də görürük. Layihələrimizə müraciət edən hər 10 qadından 9-nun gördüyü işlər uğurlu olub. Bu o deməkdir ki, onlar həm iş, həm də ailə həyatını tənzimləyə bilir. Bu yeni imkanlara aparan bir yoldur. Aidiyyəti qurumların dəstəyi ilə açılan Qadın Resurs Mərkəzlərinə maddi dəstəyimiz investisiya kimi görülməlidir. Bu bütünlükdə icmaya qoyulan dəstəkdir”.

“İqtisadi baxımdan güclü olan qadınların ailəsində qadına qarşı zorakılıq halları kifayət qədər azalır. Buna görə də yatırılan sərmayənin dəyəri budur. İstəyirik ki ABŞ şirkətlərindən daha çoxu bu layihələr çərçivəsində Azərbaycanda fəaliyyət göstərsin və azərbaycanlı xanımlar bu şirkətlərdə məhsuldar fəaliyyət sərgiləsinlər. Biz hesab edirik ki, bu layihələr eyni zamanda cəmiyyətin də inkişafına xidmət edir. Sosial yönümlü müəssisələrin qurulması ölkələr arasındakı münasibətlərin də inkişafına təkan verəcək. Qadınların güclü olması, cəmiyyətdə özlərinə yer tutması üçün aidiyyəti qurumlar dəstək göstərməlidir. Sərmayə o zaman effekt verir ki, istiqamət və tərəfdaşlar düzgün seçilsin. BMT-nin inkişaf proqramının bu istiqamətdə həyata keçirdiyi layihələr nümunəvidir və onlarla eyni bir heyətdə çalışmaqdan qürur duyuram. Azərbaycanın gələcəyi Azərbaycan xanımları ilə daha da gözəlləşəcək”, - deyə o bildirib.

Könül Cəfərli

Mənbə: www.oxu.az