Sığınacağa yerləşdirilən iki yaşlı uşaq və qardaşlarının durumu açıqlanıb

Sığınacağa yerləşdirilən iki yaşlı uşaq və qardaşlarının durumu açıqlanıb

"Bir həftə itkin kimi axtarılan iki yaşlı uşaq və qardaşları ilə bağlı sığınacaqda reabilitasiya işləri davam etdirilir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, uşaqların psixoloji durumları ilə bağlı zəruri prosedurlar həyata keçirilir:

"Bu proseslər müəyyən vaxt tələb edir. Bu dövr başa çatdıqdan sonra digər məsələlərə də baxılacaq. Ailənin vəziyyəti, valideynlərin durumu qiymətləndiriləcək".

"Yekun olaraq uşaqların ailəyə qaytarılması və ya digər alternativ variantların gözdən keçirilməsi müzakirə ediləcək", - B.Muradova vurğulayıb.

Mənbə: report.az