Azərbaycanda ən çox yoluxma harada qeydə alınıb?

Azərbaycanda ən çox yoluxma harada qeydə alınıb?

Azərbaycan Respublikasında ən çox COVİD-19 infeksiyasına yoluxma halı Bakıda olub (52.3%).
Yeniavaz.com xəbər verir ki, ölkədə COVID-19 infeksiyası barədə cari vəziyyət “koronavius.info” saytında dərc olunub.
Ölkə üzrə yoluxma halları ən çox Bakı (52.3%), Abşeron (13.3%) və Aran (12.9%) iqtisadi rayonlarında olub.
Bakı şəhəri üzrə isə ən çox yoluxma halı Binəqədi rayonunda (14.5%) qeydə alınıb. Binəqədinin ardınca isə Xətai (13.5%), Yasamal (11.8%) və Sabunçu rayonları (11.6%) gəlir.
Yoluxma daha çox (22%) 30-39 yaş qrupunda qeydə alınıb.
Virusa yoluxanların 51 faizi qadın, 49 faizi isə kişidir.
Əhalinin 52 faizi vaksinasiya olunub.

Mənbə: www.yeniavaz.com