Fərhad Hacıyev: “Qadınların cəmiyyətdə özlərini sübuta yetirmələrinə dəstək verməliyik”

“Ümid edirik ki, gələcəkdə xanımların zorakılığa məruz qalması halları, eləcə də onlara dəstək məqsədilə yaradılan psixoloji reabilitasiya otaqlarına ehtiyac qalmayacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev deyib.

O bildirib ki, nazirlik hər zaman cəmiyyətdə gənclərin, xüsusilə xanımların inkişafına həsr edilən belə layihələrə dəstək olmağa hazırdır:

“Azərbaycan xanımları çox güclüdür. Arzu edirəm ki, xanımlarımızın gələcəkdə psixoloq dəstəyinə ehtiyacları olmasın. Azərbaycan xanımına dəyər verilməlidir. Biz hər zaman Azərbaycan xanımına dəyəri, hörməti təbliğ etməliyik. Mənəvi dəyərlərimizi unutmamalıyıq. Onların cəmiyyətdə, beynəlxalq layihələrdə özlərini sübuta yetirmələrinə dəstək verməliyik. Bu layihənin ərsəyə gəlməsi üçün beynəlxalq təşkilatlara minnətdarlığımı bildirirəm”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Tokayev Nazarbayevin xidmətlərini unutmamağa çağırıb

SONRAKI XƏBƏR

Maskdan Baydenə sərt sözlər: “İnsan formasında kukla”