Sumqayıt Dövlət Universitetinin akkreditasiyası niyə dayandırılıb? - Səbəb açıqlandı

2020-ci ilin sonunda köhnə akkreditasiya qaydaları qüvvədən düşüb və yeni qaydalar qəbul olunub: “Məhz buna görə Sumqayıt Dövlət Universitetinin akkreditasiyası dayandırılıb. Yeni akkreditasiya meyarları təsdiq olunan kimi universitetlərin akkreditasiyası bərpa olunacaq.

Pravda.az-ın məlumatına görə, bunu ali təhsil müəssisələri ilə keyfiyyət təminatına dair görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət Təminatı Departamentinin direktoru İlham Hümbətov bildirib.

Onun sözlərinə görə, hamı üçün müvafiq təlimlər keçiriləcək, məlumatlar veriləcək: “Yeni meyarlara görə akkreditasiya prosesinin gecikməsinin universitetlərin statusuna zərər vurmaması, xələl gətirməməsi üçün tədbirlər görmüşük. Yeni meyarların müzakirə prosesi bir az uzun çəkdi. Amma hazırda artıq yekun mərhələdədir. Biz yaxın zamanlarda yeni meyarların qəbul olunmasını gözləyirik. Yeni meyarlar qəbul olduqdan sonra universitetə məktub göndərəcək və 3 aydan sonra rəsmi məktubla həmin universitetə gedəcəyimizlə bağlı məlumat verəcəyik".

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Mehin “biznes ledi” olur

SONRAKI XƏBƏR

Polis Bakıda avtobusda qeyri-etik hərəkətlərə yol verilməsini araşdırır