Bahar Muradava qadınlara qarşı zorakılıqla mübarizədən danışıb

Bahar Muradava qadınlara qarşı zorakılıqla mübarizədən danışıb

"Hazırda qadın və uşaqların zorakılığa məruz qalması ilə bağlı müraciətlərin sayının artıb, azalması ilə bağlı dəqiq söz söyləmək çətindir".

"Report" xəbər ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu proseslər Dövlət Komitəsinin, eləcə də aidiyyəti qurumların gündəlik fəaliyyət sahəsini əhatə edir: "Cəmiyyət bunun bir qismini görür, bir qismini isə yox. Burada müsbət nəticələrlə yanaşı, neqativ hallar da var. Biz bu işlərlə məşğuluq. Məqsədimiz görülən işləri bütün incəlikləri ilə ictimaiyyətə çatdırmaq deyil, problemin kökünü araşdırmaqla tam həllinə nail olmaqdır. Lakin cəmiyyətin narahatlığına səbəb olan hadisələrlə bağlı zəruri informasiyaların, açıqlamaların verilməsini təmin edirik".

B.Muradova qeyd edib ki, konkret hallar konkret yanaşma tələb edir: "Bu proseslərdə Dövlət Komitəsi ilə birgə fəaliyyət göstərən aidiyyəti qurumların da zəhməti var. Xüsusilə məsələni gündəmdə saxladığı üçün media nümayəndələrinə, ictimaiyyətinə də təşəkkür edirik. İctimaiyyətin bu məsələyə həssas yanaşmasını və haqlı narazılıqlarını başa düşürük. Lakin unutmayaq ki, bütün məsələlər müəyyən çərçivədə ictimaiyyətin müzakirəsinə çıxarıla bilər. Çünki bəzən bu müzakirələr mövcud problemin özündən daha dərin problemlərə yol aça bilir".

Mənbə: report.az