Uşaq və Ailələrə Dəstək Mərkəzləri regionlarda maarifləndirmə tədbirləri həyata keçiriblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam, Goranboy, Hacıqabul, Qəbələ, Saatlı, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən insan alverinin qarşısının alınması (profilaktikası), erkən nikah, məişət zorakılığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, uşaqların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, rayonların kənd və qəsəbələrində yerləşən təhsil müəssisələri, kitabxana və s. yerlərdə keçirilmiş tədbirlərdə məktəblərin şagird və müəllim kollektivi, UADM-lərin əməkdaşları, könüllülər, benefisiarlar, icmada risk qrupundan olan şəxslər iştirak ediblər.

Tədbirlərdə çıxış edən mütəxəssislər görülən işlərdən bəhs edib, müvafiq mövzular üzrə mövcud qanunvericilik bazası barədə iştirakçılara məlumat verib, həmçinin bukletlər paylanılıb və təqdimatlar nümayiş etdirilib.

Məktəblilərlə görüş zamanı təhsil almağın vacibliyi, təhsilin insan həyatındakı rolu vurğulanıb, erkən nikahların fəsadları barədə ətraflı məlumat verilib. Məişət zorakılığının qarşısının alınması ilə bağlı sakinlər arasında maarifləndirici iş aparılıb, məişət zorakılığından zərər çəkmiş şəxslərə kömək məqsədilə yaradılmış 860 Gender-əsaslı zorakılıqla bağlı Qaynar Xəttin məqsəd və vəzifələri barədə məlumat verilib.

Qeyd edək ki, tədbirlərin təşkili və keçirilməsində yerli icra hakimiyyəti orqanları, hüquq- mühafizə orqanları, rayon təhsil şöbələri, rayon gənclər və idman idarələri yaxından iştirak
ediblər.

Tehsil.biz

ƏVVƏLKİ XƏBƏR

Cəlilabadda çiyələk istehsalçıları ilə görüş keçirilib

SONRAKI XƏBƏR

Ağacların dibi asfaltdan təmizlənib