Sosial şəbəkələrdə Tibb Universetinin dosenti, tanınmiş ictimai xadim, doktor Rəşid Mahmudovun insult keçirməsi ilə bağlı məlumatlar yayılıb.
Paralel.az xəbər verir ki, yayılan məlumatlarda tanınmış həkimin qəfildən halının pislədiyi və vəziyyətinin kritik olduğu qeyd olunub.
Rəşid Mahmudov Paralel.az -a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:
“Gördüyünüz kimi yaxşıyam. Heç bir şey olmayıb, dəf kimiyəm”, - deyə o söyləyib.
Billurə Yunus