Ağacların dibi asfaltdan təmizlənib

Ağacların dibi asfaltdan təmizlənib

Bakı. Fərid Zöhrabov - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsində ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov Trend-ə bildirib ki, Xidmətin əməkdaşlarının nəzarəti altında ağacların dibi Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.

Mənbə: az.trend.az