Gender bərabərliyi ilə bağlı dəyişikliklər hökumətə təqdim edilib

"Gender bərabərliyinə dair hesabat Milli Məclisə qədim edilib və kifayət qədər müzakirə edilib. Bəzi qanun layihələrinin müəyyən dəyişikliklərə ehtiyacı var"

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, bəzi fəaliyyət istiqamətlərinin təsdiqlənməsinə zərurət var: "Maarifləndirmənin, effektiv icra mexanizmlərin azlığı problem yaradır. Mövcud mexanizmlərin də inkişafına, təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu dəyişikliklər təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin istəyinə, hesabatına bağlı olan məsələ deyil".

Dövlət Komitəsinin sədri bildirib ki, bu istiqamətdə fəaliyyət göstərən 10-a yaxın aidiyyəti qurum var və təklif edilən dəyişikliklər digər qurumların da razılığı ilə təsdiqlənən bilər: "Qanunvericilikdə dəyişikliklərlə bağlı təklifimiz artıq Nazirlər Kabinetinə təqdim edilib. Ümumi razılıq olacağı təqdirdə biz bunu Milli Məclisə də təqdim edə bilərik. Digər məsələlər artıq hər birimizin dəstəyi ilə həll edilə bilər. Hər kəs ailəsində, cəmiyyətdə azad və təhlükəsiz vəziyyətin yaranması üçün əlindən gələn töhfəni verməlidir".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bosniyalı futzalçı: "Azərbaycan millisi İspaniyadan üstün oynadı"

SONRAKI XƏBƏR

“Britni ilə öpüşməni təkrarlaya bilərik”