Sürücülər üçün cavabsız sual: Qanunidir, ya yox..? - VİDEO

Sürücülər üçün cavabsız sual: Qanunidir, ya yox..? - VİDEO

Sayrışan işıqlar, qadağan olunmuş siqnallar və səs boğucuları...

Sadalanan bu avtomobil aksesuarlarını paytaxt bazarlarında hər kəs çox asanlıqla əldə edə bilər. Baxmayaraq ki, onların nəqliyyat vasitələrinə quraşdırılması qanunla qadağandır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar bildirir ki, belə aksessuarların və ehtiyat hissələrinin ölkəyə gətirilməsi, eləcə də, satışı onlar üçün çətinlik yaratmır.

Hüquşünas Şamil Paşayev deyir ki, avtomobillərə müxtəlif aksesuarların quraşdırılmasına icazə verilməməsi onların ölkəyə idxalının və satşının da qadağan olunması anlamına gəlmir.

Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə istifadəsi qadağan edilmiş avtomobil hissələrinin və aksesuarlarının idxalı, eləcə də satışının məhdudlaşdırlması ilə bağlı hər hansı normativ akt yoxdur.

Mənbə: news.milli.az