Şamaxı Rəsədxanasının xidməti mənzilləri kənar şəxslər tərəfindən tutulub

“Son illərdə bir-sıra vacib sosialyönümlü problemlər tərəfimizdən həll olunsa da, yarımçıq qalmış və tamamilə həll edilməmiş məsələlər də vardır”.

Oxu.Az-ın məlumatına görə, bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov müasir vəziyyəti və problemləri haqqında danışan zaman bildirib.

“Bunlardan məhdud sayda olan xidməti mənzillərin rəsədxanaya aidiyyəti olmayan şəxslər tərəfindən tutulması, Rəsədxananın içməli su ilə təminatı, kanalizasiya üçün təmizləyici qurğunun tikilməsi, yolların asfalt örtüyünün və səkilərin dağılması, istilik-kommunikasiya xətlərinin tam erroziyaya uğraması, ərazinin mühafizəsi ilə bağlı bir-sıra problemlər, kottec və yaşayış binalarının cari təmiri və s. kimi işlər göstərilə bilər”, - deyə o qeyd edib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Vahid Əhmədov: "Ərzaq məhsullarının qiymətinin artımı müəyyən müddət davam edəcək"

SONRAKI XƏBƏR

Azərbaycanlı sürücü rusiyalı idmançının xanımı ilə tanış olmaq istədi və...