Qəbul imtahanının modelinə uyğun onlayn sınaq variantlarının müzakirəsi aparılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hər iki fənn üzrə işçi qruplarının iclasında gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq variantlarının müzakirəsi olub. Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası fevralın 4-də olacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı şahmatçı Məmmədyarovun çıxış etdiyi turnirdən kənarlaşdırılıb

SONRAKI XƏBƏR

Benksinin “oyuncaq tövləsi” İngiltərədə 1 milyon funt sterlinqə satılıb