"Instagram" üçün video hazırlayan 17 fenomen həbs edildi

"Instagram" üçün video hazırlayan 17 fenomen həbs edildi

İranda sosial şəbəkə üçün videolar hazırlayan 17 məşhur fenomen həbs edilib.

Metbuat.az xəbər verir ki, gizli kameralarla zarafat videoları çəkən məşhurlar çəkdiyi videolarda təsadüfi şəkildə yoldan keçənlərin üzünə tort atıb, qorxuducu zarafatlar edib və hədələyiblər.

Tehran Polis İdarəsi sosial şəbəkələrdə gizli kameralarla bu tip videoları çəkib paylaşan 17 Instagram fenomeninin həbs edildiyini açıqlayıb.

Qeyd edək ki, "Twitter", "Facebook" və "YouTube" kimi bir çox sosial media platformasının qadağan edildiyi İranda insanların əksəriyyəti "Instagram"dan istifadə edir.

Mənbə: metbuat.az