Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanıb

Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

"Report" xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb.

O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Latviya Ukraynaya qoşun bölmələri göndərir

SONRAKI XƏBƏR

Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr