Goranboyda "VAZ 2106" aşdı - Sürücü yaralandı

Goranboyda "VAZ 2106" aşdı - Sürücü yaralandı

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media