Bakıda yunan musiqisi gecəsi keçirilib

Bakıda yunan musiqisi gecəsi keçirilib

Bakıda yunan musiqisinin "Rembetika" üslubuna həsr olunmuş gecə keçirilib.

“Report” xəbər verir ki, Yunanıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir çərçivəsində Makis Stamulis (vokal, buzuka), Heleni Nazaru (vokal, bağlama), Argiris Nikolau (vokal, gitara) ifaçılıq məharətlərini göstəriblər.

Gecədə iştirak edən Yunanıstan səfiri Nikolaos Piperiqkos qeyd edib ki, bu üslub dinləyicini əsrarəngiz aləmə çəkib aparır.

Qeyd edək ki, "Rembetika" XIX əsrin ikinci yarısında yaranıb. Yunanıstanda 1920-ci illərdə qadağan olunub, amma sonradan geniş rəğbətlə qarşılanmağa başlayıb.

Mənbə: report.az