MTK-nın boşa çıxan vədləri - VİDEO

MTK-nın boşa çıxan vədləri - VİDEO

Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanının sakinləridir.. Deməli idik əslində… Amma təəssüf ki, onlar bu təqdimatın arzusu ilə yaşayan şikayətçilərdir. Beləki, bu ünvanda tikilməkdə tikilməkdə olan binadan ev alan vətəndaşlar mənzillərini təhvil ala bilməmələrindən narazıdır. Verilişimizin qaynar xəttinə müraciət edənlər “İnşaat Konstruksiyaları” MMC tərəfindən aldadıldıqlarını, şirkət tərəfindən tikintinin başa çatdırılmaması nəticəsində pis vəziyyətə düşdüklərini deyirlər. Şikayətçilər bildirirlər ki, ərazidə 2019-cu il yay aylarından etibarən iş, demək olar, ki, dayandırılıb, halbuki 2018-ci ilin sonlarında bina təhvil verilməliydi.

Vətəndaşlar qeyd edirlər ki, “İnşaat Konstruksiyaları” MMC tərəfindən sözügedən yaşayış binasının dövlət nəzarətində olması və dövlətin xüsusi dəstəyi ilə inşaat işlərinin aparıldığını bildirilməsi, üstəlik inşaat layihəsinin 4-cü “Pilot layihə” olması və bundan öncəki 3 pilot layihənin təhvil verilməsi onları yaşayış binasının digər layihələr kimi təhvil veriləcəyinə inandırıb. Bəziləri isə bu binadan ev almaq arzusu ilə topladıqları pullarının hamısını yeni mənzil almaq arzusu ilə şirkət rəhbərinə veriblər. Amma təəssüf ki, nə şirkətdən, nə də onların yalan vədlərindən xəbər var.

Sakinlər həmçinin bağlanan müqavilədə göstərilən mərtəbə və mənzillərin həqiqəti əks etdirmədiyini, bir mənzilin bir neçə nəfərə satıldığını, sözügedən MTKnın təsisçisi Rauf Əliyevin şikayətçilərlə görüşdən yayındığı da iddia edirdilər.

Elə biz də, Rauf Əliyevlə yerindəcə əlaqə saxlamaq istəsək də, telefon zəngimizə cavab verən olmadı. Bir müddət sonra Rauf Əliyevin köməkçisi Zahir Nəcəfov verilişimizin qaynar xəttinə zəng edərək müsahibə verməyə, səslənən bütün idddialara cavab verəcəklərinə hazır olduğunu bildirdi. Amma təssüf ki, bu vəd də gözü yolda qalan vətəndaşlara verilən vədlər kimi boşuna getdi. Görünür bu xəmir hələ çox su aparacaq. Bizə isə bu şikayətçilərə tezliklə mənzillərinə qovuşmalarını və Şərifzadə 33-ün hüquqi sakinləri kimi xoş günlər yaşamağı arzulamaq qalır.

Mənbə: www.realtv.az