Bakıda sürücü qarşısına çıxan uşağı vurmamaq üçün digər avtomobillə toqquşdu - ANBAAN VİDEO

Bakıda sürücü qarşısına çıxan uşağı vurmamaq üçün digər avtomobillə toqquşdu - ANBAAN VİDEO

Paytaxtda yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan Toyoto “Prius” markalı avtomobilin sürücüsü qarşısına çıxan uşağı vurmamaq üçün avtomobili sağa çəkərək kənarda dayanan başqa avtomobillə toqquşub.

Mənbə: www.oxu.az