Bakıda qeydə alınan cinayətləri sayı açıqlanıb

Bakıda qeydə alınan cinayətləri sayı açıqlanıb

Ötən il Bakıda qeydə alınan cinayətləri sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınan 29 327 cinayətin 12 761-i və ya 43,5%-i Bakı şəhəri üzrə olub, açılması 86,3% (+5.4%) təşkil edib.

Həmin cinayətlərin 81,5%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5%-i ağır və xüsusilə ağır növlərdir.

2020-ci illə müqayisədə qəsdən adam öldürməyə cəhdlər 21,7%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7%, oğurluqlar 13,6%, o cümlədən mənzillərdən edilənlər 24,8%, soyğunçuluqlar 38,3%, hədə-qorxu ilə tələb etmələr 4,3%, avtonəqliyyatı qaçırmalar 8,3% azalıb.

Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 80,6%-i, şəxsiyyət əleyhinə olanların 97,3%-i, onlardan qəsdən adam öldürmələrin 98,3%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,6%-i açılıb.

Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalan 180, o cümlədən 38 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib, həmin hüquqazidd əməllərə görə 250 təqsirləndirilən şəxs tutulub.

Mənbə: report.az