Vətəndaşın arxiv sənədləri subasması nəticəsində məhv oldu - AÇIQLAMA + FOTO

Vətəndaşın arxiv sənədləri subasması nəticəsində məhv oldu - AÇIQLAMA + FOTO

Bakı Şəhər İcra Hakimiyyətindən sənədlərini istəyən vətəndaş buna nail ola bilməyib.

O bildirib ki, səbəb olaraq ona arxiv sənədlərinin subasması nəticəsində məhv olması göstərilib.

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxladıq.

BŞİH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, arxiv zirzəmidə yerləşib:

“Kanalizasiya xəttində olan problemə görə, 2016-ci ildə arxivin bir hissəsi yararsız vəziyyətə düşüb”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az