Şuşa avtobusunun sərnişini: Şuşa tək şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əzizdir

Bu gün illərlə arzuladığımız, amma görə bilmədiyimiz gözəl Şuşadayıq. Uşaqlıqdan valideynlərimizin, ağsaqqallarımızın Şuşa, Qarabağ haqqında danışdıqları bizim üçün xəyal olaraq qalmadı, reallaşdı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri yanvarın 29-da Bakı-Şuşa-Bakı marşrutu ilə hərəkət edən növbəti sərnişin avtobusunda Şuşa şəhərinə gələn Vüsal Rzazadə bildirib. O deyib: “Şuşa tək şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əzizdir. Azərbaycanın hər bölgəsinin vətəndaşı bu gün şuşalıdır, qarabağlıdır. Özümü xoşbəxt hesab edirəm ki, Şuşadayam. Buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ordumuza minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin”.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Messidən yeni paylaşım - Şəkil

SONRAKI XƏBƏR

Vaqif Mustafayev Çarli Çaplinin əsası ilə... - FOTO