"Omikron"un qeyri-adi simptomu açıqlandı

"Omikron"un qeyri-adi simptomu açıqlandı

Q.N.Qabriçevski adına Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun mütəxəssisləri COVID-19 "omikron" ştamının qeyri-adi simptomunu açıqlayıblar. Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

Q.N.Qabriçevski adına Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun klinik işlər üzrə direktor müavini, tibb elmləri doktoru Tatyana Rujentsovanın sözlərinə görə, infeksiyadan sonra bir çox pasiyentlərdə səpgi yaranır, bu da, mütəxəssisin fikrincə, birbaşa dəri hüceyrələrinə və ya qan damarlarına zərər verən infeksiyanın bütün bədənə yayılmasının göstəricisidir. Adətən, koronavirus infeksiyasına qarşı əsas terapiya tətbiq edilən zaman səpgilər aradan qaldırılır.

Mənbə: virtualaz.org