Şəkidə ağır xəsarət alan İlkin “Semaşko”da qaldı, suriyalılar özəl xəstəxanaya aparıldı

Şəkidə ağır xəsarət alan İlkin “Semaşko”da qaldı, suriyalılar özəl xəstəxanaya aparıldı

Xan Sarayında baş verən hadisədə ən ağır xəsarət alanlardan biri də "Qəbələ” klubunun əməkdaşı, jurnalist İlkin Məmmədovdur.

AZXEBER.COM xəbər  verir ki, İlikin digər xəsarət alanlarla bərabər dünən Bakıya gətirilib. 

"Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz "Facebook” səhifəsində İlkinlə bağlı həyəcanlı status paylaşıb: 

"İlkin son illərdə yetişən ən istedadlı gənclərdən biri olmaqla yanaşı əxlaqı, tərbiyəsiylə də hər kəsin rəğbətini qazanıb. İlkinlə yanaşı Bakıya helikopterdə gətirilən daha 3 nəfər (Suriya vətəndaşları) İlkinlə müqayisədə daha az xəsarət alsa da bugün özəl xəstəxanaya köçürülüb. Bəli, yanlış duymadınız yüngül zədə alan suriyalıları özəl xəstəxanaya aparıblar - ayağı 2 yerdən sınan, qabırğasında əzik (inşallah ki, sadəcə əzikdi), kəllə-beyin travması keçirən azərbaycanlını isə Semaşkoda saxlayıblar, bəlkə də taleyinə gedişatına!

Dünəndən tanıyan-tanımayan bütün media, TV hərkəs İlkinə dəstək olmağın yollarını axtarır. Həmkarlarından fərqli İlkini ziyarət etməyən, amma əvəzində görmədən-bilmədən İlkinə yüksək tibbi xidmət göstərildiyini yazıb "like" boxçasını dolduranlar yəqin məsələni diqqətdə saxlayarlar.

İlkin bu cəmiyyətə lazımlı insandır”.

Mənbə: azxeber.com