Tarixin ən məşhur kahini kimi tanınan Nostradamus yenidən dünyanın gündəm mövzusuna çevrilib.
O illər əvvəl Günəşdə baş verəcək partlayış nəticəsində bütün dünyanın qaranlığa qərq olacağı barədə yazıb.
Alimlər Günəş enerjisinin maksimum həddə çatdığını və 2024-cü ildə dünyanı böyük təhlükənin gözlədiyini bəyan ediblər.
“Daily Star” qəzetində yer alan xəbərə görə, Nostradamus günlərdir Avropanı bürüyən isti hava dalğasını əvvəllər proqnozlaşdırıbmış.
500 il əvvəl nəşr olunan “Les Prophéties” kitabında Hitlerin yüksəlişindən tutmuş Yaponiyaya atılan atom bombasına qədər bir çox kəhanətinin reallaşdığı iddia edilən Nostradamusun, İngiltərə kraliçası Elizabetin 2022-ci ildə öləcəyini də təxmin etməsi geniş müzakirələrə səbəb olmuşdu.
Nostradamusun "Günəş parıldayan dənizə çırpılacaq. Qara dənizdəki bütün canlı balıqlar bişəcək. Rodos və Genuya ac qalacaq. Ac qalan insanlar onları yeyəcək" ifadələri ağıllara Rodos adasında baş verən yanğınları gətirib. Belə ki, son vaxtlar Avropada istilər hökm sürərkən, Yunanıstanın Rodos adasında havanın temperaturu 40 dərəcəni keçmiş və böyük meşə yanğınlarına səbəb olmuşdu.
Nostradamusun 2023-cü il üçün proqnozları arasında Bukingem Sarayının alovlanacağı da var idi. Saraya meteorit düşəcəyi bildirilsə də, bunun Şahzadə Harri və Meqan Marklla bağlı bir məsələ ola biləcəyi ifadə edilib.
Nostradamus dünyanın yeddi ay davam edəcək böyük müharibə ilə üzləşəcəyini də bildirib. Bu təxmin Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirilsə də genişmiqyaslı dünya müharibəsi ehtimalının ola biləcəyi iddia edilir.
Təxminən 2023-cü ilə uyğun gələn kəhanətlərin bir hissəsində "Dəccal tezliklə üçlüyü məhv edəcək. Müharibə 27 il davam edəcək, Yer kürəsini qan və insan bədənləri bürüyəcək" ifadələri yer alıb.
Son günəş fırtınalarını təhlil edən NASA, ölümcül bir günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə biləcəyini açıqlayıb. Bəşəriyyətin bu vəziyyəti ancaq 30 dəqiqə əvvəldən bilə biləcəyi məlumdur. Bu, Nostradamusun dünyanın qaranlığa qərq olacağına dair təxmini ilə uyğunlaşır
Mənbə: publika.az