Bakıda məktəblərdən birində lentə alınan və sosial şəbəkədə paylaşılan video marağa səbəb olub. Buzovna qəsəbəsində 206 nömrəli məktəbdə səhər saat 08:16 radələrində olan zəlzələdə şagirdlər həyətə çıxarılıb.
Balacalar qorxmasın deyə, məktəbin həyətində mahnı səsləndirilib. Uşaqlar isə orada rəqs etməyə başlayıblar.
Qeyd edək ki, bu gün səhər saat 08:16-da Bakıda 5,6 bal gücündə zəlzələ olub.
Mənbə: publika.az