Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.
Sevilin ailə qurduğu gənc onu terror hadisəsi yaşanan gecə dağıntılar altından çıxaran şəxsdir. O həm də Sevilin sinif yoldaşı olub. O, Talış adlı gənclə ailə qurub.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.
Mənbə: qafqazinfo.az