Prezident İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamla fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Qeyd edək ki, budəfəki seçkilər əvvəlkilərdən fərqli olaraq xüsusi əhəmiyyətə malikdir. Belə ki, müstəqillik dönəmində ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzurda da Prezident seçkiləri keçiriləcək.
“Artıq məcburi köçkün kimi seçkilərdə iştirak etməyəcəyik”
Bizim.Media-nın Xocalıdan olan deputatı Elman Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, Prezident seçkilərinin bütün ərazilərimizdə keçirilməsi qürurverici haldır:
“Azərbaycan müstəqillik qazanandan sonra ilk dəfə olaraq Prezident, Parlament və Bələdiyyə seçkiləri bütün ərazilərimizdə keçiriləcək. Təbii ki, bu, bizi çox sevindirir. Biz artıq o seçkilərdə məcburi köçkün kimi iştirak etməyəcəyik. Biz həmin ərazilərin sakinləri kimi səsverməyə gedə biləcəyik. İnşallah, seçkilər uğurla yekunlaşacaq”.
Nuranə Daxilqızı
Mənbə: bizim.media