Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi

Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi

Xəbər verdiyimiz kimi, bu gün Elm və Təhsil Nazirliyinin aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun adı vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb. Onun çalışdığı İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə Səbuhi Rzayev müdir təyin olunub.

C. Valehov sosial şəbəkə hesabında yaxın günlərdə yeni iş fəaliyyəti ilə bağlı məlumat verəcəyini qeyd edib.

Mənbə: qafqazinfo.az